Türkiyə Aralıq dənizində hərbi təlimlərə başlayır

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Aralıq dənizində hərbi təlimlərə başlayır

Rəsmi

29 Avqust 2020 20:49 815


Türkiyə Yunanıstanla münasibətlərin kəskinləşməsi fonunda 29 avqust - 11 sentyabr tarixlərində  Şərqi Aralıq dənizində yeni artilleriya təlimlərinə başlayacağını elan edib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Türkiyə təlimlərin keçiriləcəyi ərazilərdə “Navteks” ( ərazilərə digər gəmilərin girməsini qadağan edən beynəlxalq xəbərdarlıq) elan edib. Gəmi kapitanlarına manevrlərin ediləcəyi ərazilərdən keçməmək tövsiyə olunub.

Qeyd edək ki, Avropa İttifaqı ölkələrinin liderləri sentyabrda keçiriləcək zirvədə Türkiyə ilə münasibətləri müzakirə etmək niyyətindədirlər. Pepperoni pizza

Almaniyanın xarici işlər naziri Hayko Maas Aralıq dənizindəki vəziyyətin həllində irəliləyiş olmadığı təqdirdə, Avropa dövlətlərinin Ankaraya qarşı sanksiyaları da müzakirə edə biləcəyini bildirib.  /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!