“Türkiyə bizim üçün dost ölkədir” - Peskov

saytların hazırlanması

Evə çatdırılma

“Türkiyə bizim üçün dost ölkədir” - Peskov

Siyasət

06 Sentyabr 2022 15:17 879


Türkiyə Rusiya üçün mühüm siyasi tərəfdaş, eyni zamanda dost ölkədir.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya” telekanalına müsahibəsində deyib.

“Əlbəttə, Türkiyə bizim üçün dost ölkədir. Türkiyə bizdən ötrü çox mühüm tərəfdaşdır. Özü də həm beynəlxalq siyasət baxımından siyasi məsələlərdə, həm də ticari-iqtisadi əməkdaşlıq baxımından. Bilirik ki, Türkiyə qanunsuz antirusiya sanksiyalara qoşulmayıb, Türkiyə faktiki olaraq suveren, müstəqil xarici siyasət yürüdür”, - deyən Peskov bildirib.  Pepperoni pizza

Bununla belə, o, qeyd edib ki, tərəflər arasında bir sıra məsələlərə dair fikir ayrılıqları var. Məsələn, Ukrayna mövzusunu buna nümunə göstərmək olar. 

Peskovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin müxtəlif situasiyalarda, o cümlədən taxıl məsələsində Türkiyənin vasitəçilik səylərini yüksək qiymətləndirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!