"Türk Hava Yolları” "Boeing 737 MAX” tipli sərnişin təyyarələrdən imtina edib.
"Yeni Sabah" Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı Türk Hava Yolları Baş direktoru Bilal Ekşi sosial mediada paylaşım edib. O bildirib ki, uçuş təhlükəsizliyi əsas öncəlikdir.
Qeyd edək ki, Boeing-dən Efiopiya, Meksika, Brazilya, Hindistan, Argentina, Sinqapur, Vyetnam, Çin, Malayziya, Oman, Cənubi koreya, Monqolustan, Mərakeş, cənubi Afrika, Avstraliya, Almanya və.s kimi bir çox ölkələr də imtina edib. Dördpendirli pizza
Xatırladaq ki, martın 10-da Efiopiyada "Boeing 737 Max 8” sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 157 nəfər həlak olub. Bu hadisədən sonra bir sıra ölkələr "Boeing” təyyarələri ilə uçuşları dayandırıblar.
Telegram kanalımız