Türkiyə boğazları Ukraynaya bağışlanmış gəmilər üçün bağladı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə boğazları Ukraynaya bağışlanmış gəmilər üçün bağladı

Dünya

02 Yanvar 2024 18:55 1475


Türkiyə Prezident Administrasiyası müttəfiqlərinə Britaniyanın Ukraynaya bağışladığı minaaxtaran gəmiləri boğazlarına buraxmayacağı barədə məlumatlandıracağını bildirib.

Yenisabah.az xəbər verir ki, rəsmi ankara Montrö Boğazlar Konvensiyasının 19-cu maddəsinə uyğun olaraq hərəkət etdiyini bildirib.

"Boğazlar döyüşən tərəflərin (Rusiya və Ukrayna) hərbi gəmiləri üçün bağlanıb”, – Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Müdirliyi yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin bəyanatında deyilir.  Pepperoni pizza

“Müttəfiqlərimizə Böyük Britaniyanın Ukraynaya bağışladığı minaaxtaran gəmilərin müharibə davam etdiyi müddətcə Türkiyə boğazlarından Qara dənizə keçə bilməyəcəyi barədə məlumat verilib”, - deyə bəyanatda vurğulanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!