Türkiyə  Çindən aldığı vaksini sınaqdan keçirir

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə  Çindən aldığı vaksini sınaqdan keçirir

Sağlamlıq

05 Yanvar 2021 13:33 747


Türkiyənin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Çindən aldığı “Sinovac” vaksinləri Səhiyyə Nazirliyinin laboratoriyalarında yoxlamadan keçirilir. Prosesin yanvarın 14-də başa çatacağı gözlənilir.

Yenisabah.az xəbər verir ki, ölkəyə gətirilən vaksinlərin yoxlanması başa çatan kimi kütləvi peyvəndləmə ilə bağlı qərar veriləcək.

Hələlik yoxlamadan keçirilən “Sinovac” vaksinləri ilə bağlı mənfi fikir bildirilməyib. Toyuqlu pizza

Qeyd edək ki, Çinin “Sinovac” vaksini Türkiyədə klinik sınaqlardan uğurla çıxıb. İlkin mərhələdə 50 milyon doza sifariş edilib. İlk növbədə səhiyyə işçiləri arasında peyvəndləmə aparılacaq. Hər kəsə iki dozanın vurulması tövsiyə edilir. Bildirilir ki, vaksinlər 28 günlük fasilə ilə vurulduqda infeksiyaya qarşı daha dözümlü vəziyyət yaradır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!