“Türkiyə dünyada söz və güc sahibi olan nüfuzlu dövlətə çevrilib” - Vüqar Rəhimzadə

saytların hazırlanması

Evə çatdırılma

“Türkiyə dünyada söz və güc sahibi olan nüfuzlu dövlətə çevrilib” - Vüqar Rəhimzadə

Siyasət

13 Aprel 2023 18:38 603


"Bu reallıq inkaredilməzdir ki, Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın ikinci ölkələr yoxdur. Dərin tarixi köklərə malik olan bu münasibətlər illər keçdikcə daha da möhkəmlənir. Dünya siyasətinə təsir imkanları getdikcə artan Türkiyə-Azərbaycan birliyi regionda sabitliyin, iqtisadi inkişafın təminatının etibarlı qarantıdır. Son illərdə bu qardaşlığın, dostluğun, müttəfiqliyin bütün sahələrdə daha da uğurlu inkişafından böyük qürur hissi keçiririk".

Yenisabah.az xəbər verir ki, bu fikirəri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, bu gün Türkiyə hər bir sahədə təkmil təcrübəsi, uğurlu inkişafı ilə diqqətdədir. Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri enerji layihələri bölgədə sülhün, təhlükəsizliyin təminatında, əməkdaşlığın coğrafiyasının genişlənməsində öz sözünü deyir. Regional çərçivədə başlanan əməkdaşlıq əlaqələrinin coğrafiyası genişlənərək beynəlxalq miqyas alıb. Tarixin bütün sınaqlarından şərəflə çıxan iki qardaş ölkə bu gün sözün əsl mənasında dünyaya dostluğun və qardaşlığın nümunəsini göstərirlər. Dördpendirli pizza

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə, iqtisadi sahə ilə yanaşı, bir çox digər istiqamətlərdə də inqilabi xarakterli addımlar atmağa başladı. Təhsildən tutmuş iqtisadi təşəbbüslərə qədər hər sahədə bərabər imkanları təmin edən işlər görülür. Statistik rəqəmlərə diqqət yetirək. Ötən dövr ərzində təhsil sahəsində 10,3 milyard Türk lirəsi olan illik büdcə 304 milyard Türk lirəsindən çox artırılıb. Bu faktı xüsusi qeyd etməyimiz səbəbsiz deyil. Hər bir ölkənin gələcək inkişafı təhsillə sıx bağlıdır. Qardaş ölkədə təhsilin inkişafının prioritetliyi dövlət büdcəsindən ayırmalarda özünün aydın ifadəsini tapır. Bununla bərabər səhiyyə, nəqliyyat, hava yolları sahəsində yüksək göstəricilər ələ edilib. Ümumi daxili məhsul 238 milyard dollardan 1 trilyon dollara qədər artıb. Müdafiə sənayesinə gəldikdə isə Türkiyə öz tələbatını qarşılamaqla yanaşı, 170 ölkəyə müdafiə sənayesi məhsulları ixrac edən bir ölkə səviyyəsinə yüksəlib.

Vüqar Rəhimzadə vurğulayıb ki, türk dünyasının öndərləri Mustafa Kamal Atatürk və Heydər Əliyev ideyalarına sadiqlik iki ölkənin gündən-günə möhkəmlənən dostluq və qardaşlığında özünü nümayiş etdirir. Bu çağırış daim səsləndirilir ki, Azərbaycan və Türkiyə nə qədər güclü olsalar, həqiqətlərimiz də bir o qədər üstün olacaqdır. Bir o qədər də beynəlxalq arenada sözümüz eşidiləcək. Türkiyə-Azərbaycan “Bir millət, iki dövlət”dir. Məhz bu birliyin sarsılmazlığının nəticəsində Cənubi Qafqazda sabitliyin yaranmasına əngəl olan, erməni məkrindən qaynaqlanan uydurma iddiaların əsl səbəbləri dünya ictimaiyyətinə çatdırılır, düşmənin bəd niyyətləri ifşa olunur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!