Praqada Ermənistanın Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“Ermənistan-Türkiyə nizamlanması kontekstində hər iki tərəfdən birbaşa təmaslar və yüksək səviyyəli görüşlərin keçirilməsi vurğulanıb. pizza
Nikol Paşinyan və Rəcəb Tayyib Ərdoğan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini və bu istiqamətdə gələcək addımları müzakirə ediblər.
İki ölkənin xüsusi nümayəndələrinin müzakirələri nəticəsində əldə olunmuş razılaşmaların tezliklə həyata keçirilməsinin zəruriliyi vurğulanıb. Xüsusilə, üçüncü ölkə vətəndaşları üçün quru sərhədinin açılması, Ermənistanla Türkiyə arasında birbaşa hava yük daşımalarının həyata keçirilməsinə aiddir.
Regional proseslərlə bağlı da fikir mübadiləsi aparılıb”, – deyə məlumatda vurğulanıb.
Telegram kanalımız