Türkiyə Ermənistanla sərhədi açır? - Səfirdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Ermənistanla sərhədi açır? - Səfirdən açıqlama

Siyasət

28 Yanvar 2022 17:08 1026


Azərbaycanın işğal altındakı torpaqlarının azad olunmasından sonra Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşması istiqamətində danışıqlar başlanıb.

Qeyd edək ki, hər iki ölkənin hökuməti bu danışıqları aparmaq üçün xüsusi nümayəndə də təyin edib.

Bəzi iddialara görə, İrəvanla Ankara arasında gedən danışıqlarda iki ölkənin quru sərhədini açması məsələsi də gündəmdədir. Toyuqlu pizza

Ermənistanın Qarabağın bir sıra bölgəsindən çəkilməməsi , zaman-zaman təxribatlara əl atması bu ölkənin hələ də sülh razılaşmasına hazır olmadığını göstərir.

Bəs, belə bir məqamda Türkiyə Ermənistanla quru sərhədlərini aça bilərmi?

Yenisabah.az xəbər verir ki, qardaş ölkənin Azərbaycandakı səfiri Cahid Bağcı Gununsesi.info-ya açıqlamasında bu barədə danışıb:

”Qarabağ məsələsi ilə bağlı Azərbaycanla Ermənistan arasında hansı proses gedirsə, Türkiyə də onun içindədir. Türkiyənin Ermənistanla quru sərhədini açması söhbəti isə müzakirə mövzusu deyil. Hələlik, belə bir məsələ masada yoxdur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!