Türkiyə futbolunda şok: Hakimlərin 65 faizi qumar oynayır

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə futbolunda şok: Hakimlərin 65 faizi qumar oynayır

İdman

27 Oktyabr 2025 20:17 366


Türkiyədə futbol hakimlərinin dörddə biri müntəzəm olaraq idmana mərc edir.

Yenisabah.az Publika.az-a istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) daxili araşdırma apararaq ölkədəki aktiv futbol hakimlərinin 65 faizinin mərc şirkətlərində hesablarının olduğunu üzə çıxarıb.

TFF prezidenti İbrahim Hacıosmanoğlu İstanbulda keçirdiyi brifinqdə “571 hakimdən 371-nin mərc hesabı var, 152-si isə aktiv oyunçudur. Biz futbolumuzu hər hansı korrupsiya izindən təmizləmək niyyətindəyik. İstisna olmayacaq” deyib. Sezar pizza

Türkiyənin yüksək divizionu olan Superliqasının 7 hakimi də şübhə altına düşüb. İstintaq bitənə qədər onların fəaliyyəti dayandırılacaq.

Siyahıda yer alan bütün hakimlər cəzalar, o cümlədən diskvalifikasiya, ömürlük qadağa və fayllarının hüquq-mühafizə orqanlarına ötürülməsi ilə üzləşəcəklər.

FİFA və UEFA qaydalarına görə, futbol hakimlərinə mərc etmək qadağandır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!