Türkiyə hərbçilərinin Azərbaycanda xidmət müddəti uzadılıb

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə hərbçilərinin Azərbaycanda xidmət müddəti uzadılıb

Siyasət

02 Noyabr 2022 07:14 1057


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından təqdim olunan bununla bağlı qanun layihəsi  noyabrın 1-də  bu ölkənin Böyük Millət Məclisində qəbul olunub.

Türkiyə Silahlı Qüvvələrinin hərbi kontingentinin Azərbaycan ərazisində xidmət müddəti daha bir il uzadılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından təqdim olunan bununla bağlı qanun layihəsi noyabrın 1-də bu ölkənin Böyük Millət Məclisində qəbul olunub. Dominos pizza

Azərbaycanın işğaldan azad edilən ərazisində (Ağdam rayonu) müvəqqəti yerləşdirildiyi açıqlanan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı (birillik) bundan əvvəl də 2021-ci ildə bir il uzadılıb.

Bu mərkəz 2020-ci il 44 günlük İkinci Qarabağ Müharibəsinin nəticəsi olaraq yaradılmışdı. Mərkəzin məqsədi atəşkəslə bağlı monitorinqlər aparmaqdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!