“Türkiyə hərbi bazasının ölkəmizdə olması labüddür çünki Rusiya...”

saytların hazırlanması

Evə çatdırılma

“Türkiyə hərbi bazasının ölkəmizdə olması labüddür çünki Rusiya...”

Siyasət

01 Oktyabr 2022 21:11 1935


"Rusiyanın Ukraynanın Donbas, Zaparojye və Xersonda qondarma referendum keçirməklə, bu regionları Rusiyaya birləşdirməsi beynəlxalq hüquqa meydan oxumaqdır. Ukrayna hücumu dayandırsa, bu Ukraynanın bir dövlət kimi fiaskosuna və Rusiyanın Qərb qarşında mövqelərini möhkəmləndirəcək. Bu anneksiya daxildə V. Putinin reytinqi yüksəldə bilər. Ona görə də ABŞ başda olmaqla, kollektiv Qərb Ukraynaya hərbi dəstəyi artıracaq. Kiyev hücumları intensivləşdirilməsi gözlənilir".

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib. 

"Artıq Rusiyaya qonşu ölkələr bundan nümunə götürüb öz təhlükəsizliyini təmin etməlidir. Xüsusilə Azərbaycan Türkiyə ilə hərbi inteqrasiyanı inkişaf etdirilməli və ölkəmizdə hərbi bazasını yaratmalıdır. V. Putinin Ukraynanın ərazilərini işğal edərək, öz ərazisinə birləşdirməsi strateji olaraq Rusiyanı zəiflədəcək" - politoloq bildirib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!