“Əgər Azərbaycan üçün hər hansı bir təhdid yaranarsa, Türkiyə yenidən yardım əlini uzadacaq”.
Bunu Yenisabah.az-a açıqlamasında Milli Məclisinin deputatı Cavid Osmanov deyib.
O, siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclunun son iddialarına rəy bildirib. Marqarita pizza
Xatırladaq ki, Ə. Oruclu “Rusiya “5-ci kolon”unun Türkiyəni Azərbaycandan uzaqlaşdırmağa cəhd göstərdiyini iddia edib.
"Müharibənin başladığı ilk gündən son günə qədər qardaş Türkiyənin Azərbaycanın yanında olduğunu hiss etdik və bütün dünyaya bu qardaşlığı nümayiş etdirdik, - deyə C. Osmanov mövzunu şərh edib. - Rəcəp Tayyib Ərdoğan dəfələrlə bu müharibədə Azərbaycana dəstək verdiyini, həm siyasi, həm iqtisadi cəhətdən hər zaman yanımızda olacağını bəyan edib. Azərbaycan heç bir zaman Türkiyənin dəstəyini və qardaşlığını unutmayacaq. Bugün Azərbaycan-Türkiyə münasibətləri dünya üçün bir nümunədir. Dünyada belə yaxın və qardaşlıq münasibətləri olan ikinci bir ölkə yoxdur”.
Deputat bildirib ki, üçtərəfli 10 noyabr sazişininin bəzi müddəalarını Ermənistan tərəfi hələ də yerinə yetirməyib və Qarabağda qanunsuz erməni silahlıları var:
“Azərbaycan tərəfi sülh sazişinin imzalanması və sülhün təmin edilməsi üçün bir sıra addımlar atmaqdadır. Hüquqən Azərbaycana məxsus və dünya tərəfindən bizim torpaqlarımız olaraq tanınan Qarabağdan, kənardan maliyyələşdirilən terrorçu birləşmələrin təmizlənməsi üçün antiterror hərbi əməliyyatları keçirilə bilər. Azərbaycan antiterror əməliyyatı keçirməklə beynəlxalq hüquqa zidd heç bir hərəkət etmir və heç qanunu pozmur”.
“Onu da qeyd etmək lazımdır ki, 2021-ci il iyun ayının 15-i Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşa şəhərində iki dövlət arasında olan qardaşlıq münasibətlərinin hərbi müttəfiqlik səviyəsinə gətirilməsi ilə bağlı Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi imzalandı.
Şuşa Bəyannaməsinə əsasən onu demək olar ki, əgər Azərbaycan üçün hər hansı bir təhdid yaranarsa, Türkiyə yenidən Azərbaycana yardım əlini uzadacaq.
Şuşa Bəyannaməsi hər hansı bir ölkə üçün təhlükə deyil, yalnız və yalnız sülhün təmin olunması üçün atılmış bir addımdır.
Onu qeyd etmək istəyirəm ki, qədim zamanlara dayanan qardaşlığımız əbədi və sonsuzdur”.
Nəsimi Ələsgərli
Telegram kanalımız