Türkiyə ilə Azərbaycan arasında yeni təbii qaz sazişi razılaşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə ilə Azərbaycan arasında yeni təbii qaz sazişi razılaşdırıldı

Siyasət

04 Yanvar 2026 21:13 831


Azərbaycanla Türkiyə arasında ümumi həcmi 33 milyard kubmetr olan yeni təbii qaz təchizatı müqaviləsi razılaşdırılıb.

"Yeni Sabah" Oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlayıb.

"Cümə günü son danışıqları başa çatdırdıq. Tezliklə sənəd imzalanacaq", - deyə o qeyd edib. Marqarita pizza

Onun sözlərinə görə, saziş üzrə tədarük 2029-cu ildə başlayacaq və 15 il müddətinə davam edəcək.

Müqavilə üzrə Abşeron yatağından ildə 2,25 milyard kubmetr təbii qaz boru xətti vasitəsilə Türkiyəyə tədarük ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!