Türkiyə ilə bağlı SENSASİON İDDİA: Ankara NATO-nu şantaj edir

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə ilə bağlı SENSASİON İDDİA: Ankara NATO-nu şantaj edir

Siyasət

19 İyun 2023 08:16 1245


Xəbər verdiyimiz kimi, Belçikanın paytaxtı Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin toplantısı keçirilib. Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin də iştirak etdiyi görüşdə bir çox vacib məsələlər, o cümlədən NATO-nun Rusiyanın mümkün hücumuna necə və hansı qüvvələrlə cavab verəcəyi barədə regional planlar detallı şəkildə müzakirə edilib. Xarici diplomatik mənbələr detallara yer vermədən Türkiyənin bəzi qeyd-şərtləri olduğu üçün planlara son təsdiqin verilə bilməyəcəyini deyir. Rəsmilər yalnız bir regional plana etirazların olduğunu və qeyd-şərtlərin hərbi xarakter daşımadığını vurğulayırlar. 

Musavat.com xəbər verir ki, Yunanıstan mediası iclasda qərar qəbul edilmədiyinə görə Ankaranı günahkar kimi göstərib.

“Türkiyə NATO daxilində yeni çaşqınlıq yaradaraq, alyansın gələcəyi üçün son dərəcə əhəmiyyətli olan bir qərarı alt-üst edir. Rusiyanın mümkün hücumuna cavab planları Türkiyənin Kipr məsələsinə etirazı səbəbindən təsdiqlənmədi. NATO-da heç kim alyansı şantaj etməyə davam edən Türkiyəyə qarşı çıxmaq istəmir. Rəhbərliyin hərəkətsizliyi və Amerika prezidentinin Ankaranın işgəncələrinə dözümlü olması ona eyni xətt üzrə davam etmək azadlığı verir” - "CNN Greece"in “NATO sammitində yeni türk şantajı” başlıqlı xəbərində deyilir. pizza sifarişi

Xəbərdə iyulun 11-12-də keçiriləcək Vilnüs sammitinə qədər Ankaranın mövqeyinin dəyişməsinin gözlənilmədiyi vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!