“Adətən, dövlətlər özünə təhlükə olduğu təqdirdə sərhəddə bufer zona yaradır. Ancaq indiki vəziyyətdə Türkiyənin Ermənistanla sərhədində hər hansı bir təhlükə mövcud deyil”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Natiq Miri deyib.
O, Türkiyə-Ermənsitan sərhədi boyunca bufer zonanın yaradılması iddiasından söz açıb.
Xatırladaq ki, 328 kilometr uzunluğunda məlum bufer zona Naxçıvanla sərhəddə yerləşən Arazdəyən qəsəbəsindən başlayaraq Gürcüstan sərhədi yaxınlığında yerləşən Arpa gölünə qədər uzanır. Marqarita pizza
Analitikin fikrincə isə bu, Rusiyanın geosiyasi maraqları kontekstində baş verən bir hadisədir:
“Amma maraqlıdır, Rusiya niyə elə bir iş görsün? Regionda onu qıcıqlandıracaq bir neçə hadisə baş verib. Bilirik ki, Aİ-nin müşahidə missiyası Ermənistanda operativ bazalar qurur. Artıq bu operativ bazanın avqustun 2-də açılışı da olub. Buna görə də Qafanda Rusiyanın konsulluğunun açılmasına hazırlıq görülür”.
N. Mirinin sözlərinə görə, Ermənistanda Rusiya tədrici sıxışdırılması prosesi gedir:
“Perspektivdə Rusiyanın hərbi cəhətdən də sıxışdırılması planının olduğunu Moskva anlamamış deyil. Ona görə də Kreml bu kontekstdə bu cür preventiv tədbirlər görə bilər. Mən prosesləri təxminən bu yöndə dəyərləndirirəm. Çünki konkret kəşfiyyat məlumatları yoxdur. Ermənistan mediası da heç bir həyəcan təbili çalmır. Yəni Türkiyədən heç bir təhlükə olmadan yeni bir bufer zonasının yaradılmasına axı nə hacət?!”
Siyasi şərhçi düşünür ki, Azərbaycan-Ermənistan sərhədində belə bir zonaya ehtiyac yoxdur:
“Sərhəd müəyyənləşməyib, delimitasiya-demarkasiya razılaşdırılmayıb. Belə olduğu təqdirdə Azərbaycan nəyə görə tutduğu mövqelərdən geri çəkilsin?!
Azərbaycanla sərhəddə bufer zonanın yaradılması üçün Ermənistanın hərbi imkanları mövcud deyil. Bu cür bufer zona qarşılıqlı ola bilər ki, qoşunlar “güzgü prinsipi” ilə geri çəkilər və ortada neytral ərazi yaradılar. Bu da hərbi təxribatın törədilməsinə müşahidə imkanı verir. Fikrimcə, indiki perspektivdə belə bir şey mümkün deyil”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız