İsrail qazının Türkiyə vasitəsilə Avropaya nəqli Rusiya xammalına alternativ hesab olunur.
Yenisabah.az “Yeni Şafak”a istinadla xəbər verir ki, bunu sözügedən Türkiyə nəşri yazıb.
Məlumatda qeyd olunur:
"Rusiya ilə Ukrayna arasında gərginlik davam etdikcə, Avropada alternativ qaz axtarışları davam edir. İsrail qazı alternativ variant kimi nəzərdən keçirilir. Onun Türkiyədən keçməklə, Aralıq dənizindən nəqli planlaşdırılır.
Əgər İsrail qazının tədarükü ilə bağlı razılıq əldə olunarsa, mavi yanacağın Avropaya çatdırılması üçün türk gəmiləri nəql marşrutunda növbətçilik edəcək”.
“Yeni Şafak” aydınlaşdırıb: “Dənizdə neft və təbii qazın çıxarılması üçün dərin sularda qazma işlərinə diqqət yetirən Türkiyə donanmasına dördüncü qazma gəmisini daxil edib.
Martın 7-də Cənubi Koreyadan ayrılan yeni qazma gəmisi hazırda Tunisə doğru hərəkət edir. Gəminin 74 günlük səfəri 19 May Gənclik və İdman Bayramında başa çatacaq.
Yeni nəsil gəmi Şərqi Aralıq dənizində 2 aylıq hazırlıq işlərindən sonra iyul ayında ilk missiyasına başlayacaq. O, Aralıq dənizində dərin dəniz kəşfiyyatını asanlaşdıracaq. 3600 metrə qədər dərinlikdə işləyə bilər və 12200 metrə qədər qazma qabiliyyətinə malikdir".
Telegram kanalımız