Türkiyə mediası Azərbaycanın qardaş dəstəyindən yazdı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə mediası Azərbaycanın qardaş dəstəyindən yazdı

Siyasət

25 Aprel 2021 19:37 630


Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığı qardaş ölkənin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Yenisabah.az xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçılarının ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınamaları manşet xəbər kimi ictimaiyyətə təqdim olunub.

Türkiyə mediası bu qərarın yanlış və tarixi səhv adlandıran Prezident İlham Əliyevin bu fikirlərini cəlbedici formada ictimaiyyətə təqdim edib. Dominos pizza

Anadolu, DHA, İHA xəbər agentlikləri, TRT haber”, “TRT Avaz”, “Haber türk”, “A haber”, “Haber global” telekanalları, “Milliyet”, “Akşam” və digər qəzetlər daxil olmaqla ölkənin aparıcı media orqanları tərəfindən sürətlə yayılan məlumatda Azərbaycanın qardaş dəstəyi önə çəkilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!