Türkiyə mediası da “Sputnik”dən yazdı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə mediası da “Sputnik”dən yazdı

Dünya

07 Mart 2019 13:34 1205


Son günlər Azərbaycanda gündəm olan Rusiyanın “Sputnik” agentliyi Türkiyədə də narahatlığa səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, Türkiyədə 40 minlik tirajla nəşr olunan “Kriter” dərgisində müəllif Yıldırım Turanın müəllifliyi ilə “Sputnik: yeni nəsil propaqanda cihazı” başlıqlı yazı dərc olunub.

Yazıda bildirilir ki, Rusiyanın müasir dövrdə kiber cəsusluq, elektron və psixoloji savaşda istifadə etdiyi  sahələrdən biri də mediadır. Müəllif xatırladır ki, 2007-ci ildə Estonya, 2008-də Gürcüstan və Litva, 2009-da Qırğızıstan, 2014-də Ukrayna və 2015-ci ildə Türkiyəyə qarşı bu kimi informasiya savaşı olub. Toyuqlu pizza

“Kremilin qərb dillərində yayım edən RT telekanalı  200 milyon avro olan büdcəsi ilə diqqət çəkməkdədir. İnternet üzərindən bir çox dildə fəaliyyət göstərən Sputnik də Rusyanın təbliğat savaşının önəmli bir ayağı olaraq görünür. Siyasətdən dedi-qodulara qədər hər tipdə xəbər yayan Sputnik 30-dan çox dildə yayımlanır. 

Rusya və Putinlə bağlı xəbərlərdə fərqli mövqe tutan Sputnik başda Suriya olmaqla bölgədə prosesləri daim Rusiyanın mövqeyinə uyğun və Türkiyə hökumətinə müxalif mövqe tutmaqdadır”.

Yazar daha sonra bildirir ki, Sputnik ilə aparılan informasiya savaşında əsas xəttlərdən biri də AKP-nin xalq içində nüfuzunu düşürməyə hesablanmış xəbərlər yaymaqdır: “Azərbaycanda Türkiyə əleyhidarlığı edərək azərbaycanlılara 2008-2009- cu illərdə yaşanan Türkiyə-Ermənistan yaxınlaşmasını sürəkli olaraq xatırlatmaqla, Orta Asyada Türkiyənin Turançı siyasət apardığını təbliğ edərək ölkə əleyhinə yayımlar edir. 

Sadəcə Sputnik Türkiyənin Tvvitter hesabının təqibçi sayı Rus təbliğat sisteminin nə qədər effektli ola biləcəyini göstərir. Sputnik İngiliscənin təqibçi sayı 239 min ikən, Türkiyə hesabı 590 minə sahibdir”. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!