Türkiyə Moskvada Rusiya, Ankarada ABŞ-la danışıqlar apardı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Moskvada Rusiya, Ankarada ABŞ-la danışıqlar apardı

Siyasət

02 Oktyabr 2021 10:53 701


Türkiyənin Milli müdafiə naziri Hulusi Akar dünən axşam ABŞ Müdafiə naziri Lloyd Ceyms Ostinlə telefon əlaqəsi saxlayıb.

Yenisabah.az xəbər verir ki, Milli Müdafiə Nazirliyi iki nazirin telefon danışdığını təsdiqləyib. Telefon danışığının, Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə Soçidə S-400 hava hücumundan müdafiə sistemi də daxil olmaqla, iki ölkə arasında bir çox ortaq layihələrin müzakirə edildiyi görüşdən sonra olması diqqət çəkib.

Qeyd edək ki, görüşdə ikitərəfli və regional müdafiə təhlükəsizlik məsələləri müzakirə olunub. Nazir Akar və Nazir Ostin, daha sıx əməkdaşlıq və koordinasiya yolu ilə iki ölkə arasındakı hərbi əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar. pizza

Nəzrin Vahid 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!