Türkiyə müharibəni dayandıra bilər   - Jozep Borrel

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə müharibəni dayandıra bilər - Jozep Borrel

Siyasət

23 Avqust 2022 10:48 1060


Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarı Jozep Borrel ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Yenisabah.az xəbər verir ki, Borrel bu barədə tvitter hesabında məlumat paylaşıb. 

"Mən Türkiyənin Ukrayna taxılının ixracına dair razılaşmanın təmin edilməsində və Rusiyanın Ukraynaya təcavüzünün təsirinin yumşaldılmasında rolunu vurğuladım. Avropa İttifaqı sanksiyalarının təsirini müzakirə etdik. Türkiyənin müharibəni dayandırmaq üçün Rusiya üzərindəki təsirindən istifadə edə biləcəyinə ümid edirik",-deyə Borrel yazıb.  Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!