Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra siyasi dairələrdə bu ilin iyun ayında keçirilməsi planlaşdırılan parlament və prezident seçkilərinin aqibəti müzakirə mövzusuna çevrilib.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Bülent Arınç seçkilərin təxirə salınmasını təklif edib. O, seçki tarixi ilə bağlı üç təklif irəli sürüb. Sabiq spikerin üstünlük verdiyi ilk təklif parlament və prezident seçkilərinin 2024-cü ildə keçiriləcək yerli seçkilərlə birləşdirilməsidir. Arınçın növbəti təklifi seçkilərin 2023-cü ilin noyabrına təxirə salınmasıdır. Üçüncüsü, o, seçkilərin bütün siyasi partiyaların razılaşdığı tarixdə keçirilməsini təklif edib.
Zəlzələdən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin mayın 14-ə çəkilməsini istəyib. Ancaq təklif barədə rəsmi qərar verilməyib. Marqarita pizza
Modern.az xəbər verir ki, Türkiyə müxalifəti seçkilərin təxirə salınmasına qarşı çıxıb.
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu bu gün açıqlamasında bildirib ki, seçkiləri təxirə salmağa çalışırlar. "Mən xalqıma aydın və birmənalı şəkildə deyirəm ki, seçkilər vaxtında keçiriləcək. Seçki müharibədən başqa səbəbə görə təxirə salına bilməz. Buna da parlament qərar verir", - deyə o qeyd edib.
Sabiq baş nazir, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu da seçkilərin təxirə salmasına qarşıdır. O, bugünkü çıxışı zamanı deyib ki, belə bir acı gündə seçkilər barədə düşünmək olmaz, zamanı gələndə seçki keçiriləcək. O, hakimiyyəti seçkilərin təxirə salınmasını gündəmə gətirməkdə ittiham edib və buna qarşı olduğunu bildirib.
Keçmiş maliyyət naziri Ali Babacanın rəhbərlik etdiyi DEVA partiyasının sözçüsü İdris Şahin də seçkilərin təxirə salınmasına münasibət bildirib. O deyib ki, seçkiləri təxirə salmaq mümkün deyil.
Bir neçə gün əvvəl İYİ Partiya sədri Meral Akşener jurnalistlərə açıqlamasında bildirib ki, seçkini təxirə salmaq mümkün deyil. "Amma seçki mayın 14-də olmayacaq, vaxtında, iyunun 18-də keçirilməlidir", - deyə o qeyd edib.
Hakim partiya isə susqunluğunu qoruyur. Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik deyib ki, seçkilərlə bağlı nəsə danışmağı çox yanlış hesab edir.
Telegram kanalımız