Türkiyə Böyük Millət Məclisi (TBMM) sosial şəbəkələrin tənzimlənməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Yenisabah.az Türkiyə KİV-lərinə istinadən bildirir ki, qanun layihəsi AKP və MHP-dən olan millət vəkillərinin səs çoxluğu ilə qəbul edilib.
Qanun istifadəçisi 1 milyondan çox olan sosial şəbəkə platformalarını əhatə edəcək. Belə ki, platformalar Türkiyədə ən azı bir təmsilçi təyin etməli və həmin təmsilçi sosial şəbəkələrdəki təhqir, böhtan, narkotik maddələrin təbliği və s. neqativ paylaşımlara görə məsuliyyət daşımalıdır. pizza sifarişi
Təmsilçi müəyyən edilmədiyi halda, 5 mərhələli cəza tədbirləri tətbiq olunacaq. İlk mərhələdə 10-30 milyon türk lirəsindən ibarət pul cəzası, sonuncu mərhələdə isə həmin sosial şəbəkənin ölkədə fəaliyyətinin tamamilə məhdudlaşdırılması nəzərdə tutulur.
Qanun layihəsinin bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənəcəyi gözlənilir.
Telegram kanalımız