Türkiyə parlamentində gərgin anlar: yeni nazir çətinliklə and içdi   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə parlamentində gərgin anlar: yeni nazir çətinliklə and içdi - VİDEO

Siyasət

12 Fevral 2026 01:32 827


Türkiyə Böyük Millət Məclisində keçirilən iclas zamanı yeni təyin olunan Daxili İşlər və Ədliyyə nazirlərinin andiçmə mərasimi gərgin atmosferdə baş tutub.

"Yeni Sabah" xəbər verir ki, fasilə müddətində AK Partiyalı deputatlar kürsünü tərk etməyiblər. Qısa aradan sonra parlament yenidən toplaşıb. İclasa sədrlik edən Məclis sədrinin müavini Bekir Bozdağ, Ədliyyə naziri Akıb Gürleki and içmək üçün yenidən kürsüyə dəvət edib.

AK Partiyalı deputatlar nazir Gürleki mühafizə ediblər və o kürsüdə and içib. Bu zaman CHP-li deputatlar etiraz olaraq Konstitusiya kitabçalarını zala atıblar. Hadisəyə baxmayaraq, Akın Gürlek and mətnini tamamlayıb. Dördpendirli pizza

Daha sonra Daxili İşlər naziri Mustafa Çiftçi də AK Partiyalı deputatların əhatəsində and içib.

Məclis sədrinin müavini Bekir Bozdağ iclasa 15 dəqiqəlik fasilə elan edib.

Kadrlarda deputatlar arasında yaşanan gərginlik və etiraz anları əks olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!