Türkiyə Prezident Administrasiyası məktəbə hücumla bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Prezident Administrasiyası məktəbə hücumla bağlı məlumat yaydı

Dünya

15 Aprel 2026 18:59 453


Son günlər Türkiyədə baş verən məktəb hücumları ilə bağlı proseslər ictimaiyyət tərəfindən həssaslıqla izlənilir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

"Prosesin sağlam düşüncə ilə idarə olunması, cəmiyyətin dincliyinin qorunması və xüsusilə uşaqlarımızın psixoloji təhlükəsizliyinin diqqətdə saxlanılması böyük əhəmiyyət kəsb edir", - məlumatda bildirilib və əlavə edilib ki, media qurumları yayım siyasətlərində maksimum məsuliyyətli olmalıdəırlar. pizza

Belə ki, zorakılıq aktlarının təfərrüatlı şəkildə təsvir edilməsi, qətlə yetirilənlərin və cinayəti törədənlərin kimliklərinin ön plana çıxarılması, hadisələrin dramatikləşdirilərək daim gündəmdə saxlanılması oxşar hərəkətlərə təşviqedici təsir yarada bilər:

"Cəmiyyətdə qorxu və vahimə mühiti də dərinləşər. Bu səbəbdən yayımlarda həssaslıq və etik prinsiplər əsas götürülməlidir".

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərin birinə silahlı hücum olub./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!