Türkiyə, Rusiya, İran və Suriya XİN başçılarının görüşü təxirə salındı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə, Rusiya, İran və Suriya XİN başçılarının görüşü təxirə salındı

Siyasət

09 Aprel 2023 16:54 662


Rusiya, İran, Türkiyə və Suriya xarici işlər nazirlərinin görüşü mayın əvvəlinə təxirə salınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə bazar günü Rusiyanın Dəməşqdəki səfiri Aleksandr Yefimov məlumat verib.

“Bazar ertəsi keçirilməsi planlaşdırılan görüş mayın əvvəlinə təyin edilib. Bu məsələ ilə bağlı müsbət nəticə əldə etmək üçün aidiyyəti tərəflər arasında təmaslar və məsləhətləşmələr davam edir”, - diplomat bildirib. Marqarita pizza

Yefimov Moskvanın dördtərəfli görüşün keçirilməsi üçün səylərini davam etdirəcəyini vurğulayıb və həmçinin qeyd edib ki, tərəflər arasında bütün məsələləri bir və ya bir neçə danışıqlar raundunda həll etmək olmaz.

“Bu, uzun yoldur, lakin biz bu istiqamətdə addım-addım irəliləyirik”, - səfir qeyd edib.Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!