Türkiyə-Rusiya rəsmiləri Ukrayna taxılının ixracını müzakirə edəcək

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə-Rusiya rəsmiləri Ukrayna taxılının ixracını müzakirə edəcək

Dünya

03 İyun 2022 14:17 776


Türkiyədə keçiriləcək danışıqlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna taxılının ixracını müzakirə etmək üçün yüksək səviyyəli danışıqları davam etdirəcək.

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib: "Gələn həftə XİN rəhbəri həqiqətən də Türkiyədə olacaq, onun orada təmasları planlaşdırılır. Yüksək səviyyəli telefon danışığı zamanı Ukrayna taxılının mövzusu gündəmin əsas mövzusu olacaq".  pizza

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etmişdi ki, Rusiya Kiyevin akvatoriyanı minalardan təmizləməsindən sonra taxılın təhlükəsiz ixracını və Qara dənizin beynəlxalq sularına müşayiət gəmilərini təmin etməyə hazırdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!