Türkiyə sahillərində tapılan cəsədlər kimindir?

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə sahillərində tapılan cəsədlər kimindir?

Dünya

23 Yanvar 2024 14:45 600


Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son 6 gündə Antalya və Muğlada ümumən 9 cəsədin tapılması ilə bağlı məlumat paylaşıb.

Yenisabah.az xəbər verir ki, o, sahildə tapılan cəsədlərlə bağlı şəxsiyyət təsbiti ilə bağlı araşdırmaların aparıldığını bildirib.

Meyitlərdən birinin bir müddət əvvəl yoxa çıxan Türkiyə vətəndaşına aid olduğu ehtimal edilir. Yekun nəticə məhkəmə-tibbi ekspertizadan sonra bəlli olacaq. pizza

Digər cəsədlərin üzərindəki paltarların Suriya istehsalı olduğu müəyyən edilib.

Keçən ay Livan və Suriya arasındakı sahil bölgəsindən təxminən 90 nəfəri daşıyan bir gəminin Kiprə doğru hərəkət edərkən itdiyi müəyyən olunub.

Nigar İlqarqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!