Türkiyə seçkilərə start verdi: Prezident olmaq istəyənlər...

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə seçkilərə start verdi: Prezident olmaq istəyənlər...

Siyasət

18 Mart 2023 11:35 783


Bu gündən etibarən Türkiyədə mayın 14-də keçiriləcək parlament və prezident seçkiləri ilə bağlı prosesə start verilir. 

Yenisabah.az “Haber Global”a istinadla xəbər verir ki, bu gün ölkə xaricindəki seçki məntəqələri müəyyən ediləcək.

Prezidentliyə namizədlik üçün ərizələrin qəbulu martın 19-dan başlayacaq. Partiyalar martın 23-dək prezident postuna namizəd irəli sürə bilərlər. Seçicilər tərəfindən namizəd irəli sürmək üçün 100.000 imza lazımdır. İmzalar martın 22-27-də dairə seçki komissiyalarında toplanacaq. pizza hut

Prezidentliyə namizədlərin yekun siyahısı martın 31-də Rəsmi Qəzetdə dərc olunacaq və bundan sonra təbliğat-təşviqat kampaniyası başlayacaq. 

Siyasi partiyalar martın 24-dək ittifaq protokollarını təqdim etməlidir. Deputatlığa namizədlərin yekun siyahısı isə aprelin 19-da açıqlanacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!