Türkiyə seçkiləri: Xaricdə səsvermə başlayıb 

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə seçkiləri: Xaricdə səsvermə başlayıb 

Siyasət

27 Aprel 2023 12:53 580


Bu gündən etibarən xaricdə yaşayan Türkiyə vətəndaşlarının prezident və parlament seçkilərində səsverməsi başlayıb. 

Yenisabah.az xəbər verir ki, Türkiyə Ali Seçki Komissiyasının (YSK) qərarına əsasən, bu gün Ankara vaxtı ilə saat 08:00-da Türkiyənin 75 xarici ölkədəki diplomatik nümayəndəliklərində 156 seçki məntəqəsi fəaliyyətə başlayıb. 

Sərhəd məntəqələrində, aeroportlarda və dəniz limanlarında xaricə gedən vətəndaşların səsverməsi üçün 4,6 min məntəqə quraşdırılıb. Ümumilikdə Türkiyə xaricində 3,6 milyondan çox vətəndaş səs verə bilər.  Sezar pizza

Xarici ölkələrdə və sərhəd məntəqələrində səsvermə prosesi mayın 9-na qədər davam edəcək, sonra bütün bülletenlər sayılaraq MSK-ya göndəriləcək. 

Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Dövlət başçısı postu uğrunda dörd namizəd – ölkənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan, Məmləkət Partiyasının sədri Muharrem İnce, Millət İttifaqının namizədi və Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!