Bu gün Türkiyədə bələdiyyə seçkiləri keçirilir. Seçkilərə 13 siyasi partiya qoşulub.
“Yeni Sabah” xəbər verir ki, mübarizə hakim Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Səadət Partiyası, Müstəqil Türkiyə Partiyası (Bağımsız Türkiye Partisi), Türkiyə Kommunist Partiyası, Vətən Partiyası, Böyük Birlik Partiyası, Azad Mübarizə Partiyası (Hür Dava Partisi), Demokrat Partiya, "İYİ Parti", Xalqların Demokratik Partiyası və Demokratik Solçu Partiyası arasında gedir.
Daha əvvəl Prezident Ərdoğan keçmiş iqtisadiyyat nazir Nihat Zeybekçinin namizədliyini İzmir bələdiyyə başçısı, Binəli Yıldırımın namizədliyini isə İstanbul bələdiyyə başçısı postuna irəli sürüb. pizza
Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri beş ildən bir keçirilir.
Telegram kanalımız