Türkiyə siyasətində inqilab: Ərdoğanın qarşısına yeni rəqiblər çıxır 

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə siyasətində inqilab: Ərdoğanın qarşısına yeni rəqiblər çıxır 

Siyasət

16 İyun 2023 12:04 1717


Ötən ay keçirilən prezident və parlament seçkilərində prezident Rəcəb Tayyib Ərdoğanın rəqibləri üzərində əzici qələbə qazanması Türkiyədə yeni siyasi şərait yaradıb. Müxalifətin əsas namizədi sayılan Kemal Kılıçdaroğlunun seçkinin hər iki turunda hakimiyyətdən olan rəqibinə böyük fərqlə məğlub olması müxalifətdaxili qarşıdurmanı yenidən alovlandırıb. 

Yenisabah.az xatırladır ki, həm prezident, həm də parlament seçkilərində məğlub olması Ana Müxalifət Partiyasında - CHP-də daşları yerindən oynadıb. Partiyadaxili müxalifət başda Kemal Kılıçdaroğlu olmaqla rəhbərliyin istefasını tələb edir. CHP-dən olan İstanbul bələdiyyə başqanı Ekrem İmamoğlunun da bu cinahda yer alması partiyadaxili narazılığı pik həddə çatdırıb. 

Qeyd edək ki, dəyişiklik ruzigarlarının əsdiyi CHP-də K.Kılıçdaroğlunun getməsini arzulayanların siyahısı günbəgün genişlənir. Partiyada yenilik və islahat tərəfdarı olan çoxluq təşkilatın başına sonuncu seçkilər zamanı liderlik və natiqlik qabiliyyətini özünəməxsus şəkildə ortaya qoyan İstanbul bələdiyyə başqanı Ekrem İmamoğlunun gəlməsini istəyir. Bu təklifə isti yanaşan, Kılıçdaroğlunun getməsini arzulayan CHP-lilərin sayının sürətlə artması partiya daxilində fərqli situasiya yaradıb. Heç olmasa, bir il sonra keçiriləcək bələdiyyə seçkilərinə qədər postunu qorumaqda israrlı olan Kemal Kılıçdaroğlu isə rəqiblərinin planına mane olmaq üçün ən müxtəlif üsullara əl atmaqdan çəkinmir.  pizza hut

Məlum olduğu kimi, o, partiyadaxili müxalifətin qəzəbini az da olsa soyutmaq üçün seçkidən dərhal sonra CHP-nin İdarə Heyətini tam tərkibdə istefaya göndərdi. 

K.Kılıçdaroğlu bunun yetərli olmadığını görüncə, ötən gün bütün müşavirlərini işdən çıxardı. 

Türkiyə KİV-lərində yazılan xəbərlərin təhlili göstərir ki, Kılıçdaroğlu vəzifədən getməyə heç vəchlə razı olmayacaq. Ən pis variantda sədr postuna öz varisini - CHP-nin Parlament fraksiyasının rəhbəri Özgür Özeli gətirəcək. Bununla da hələ bir müddət partiya üzərindəki nəzarətini qorumağa nail olacaq. 

CHP-nin dəhlizlərində Kılıçdaroğlunun bu planından hamının xəbəri var. Partiyadaxili müxalifət sədr postuna yeni simanın gətirilməsinin mümkünsüzlüyünü başa düşür və buna adekvat olaraq addımlar atır. 

Türkiyəli analitiklərin iddia və proqnozlarından çıxış edərək əminliklə deyə bilərik ki, tezliklə CHP-dən qopmalar olacaq. 

İstanbul Bələdiyyə Başqanı Ekrem İmamoğlunun və tərəfdarlarının yaxın vaxtlarda CHP-ni tərk edəcəyi artıq heç kimdə şübhə doğurmur.  

Bəs sonra nə olacaq? 

Çoxsaylı məlumatların təhlili göstərir ki, E.İmamoğlu öz tərəfdarları ilə birlikdə yeni siyasi partiya yaradacaq. Bu prosesdə onun ən yaxın dəstəkçisi və hamisi həmkarı, CHP üzvü olan Ankara bələdiyyə başqanı Mansur Yavaş olacaq. Təkcə Ankara deyil, həm də Türkiyə cəmiyyətində böyük nüfuz sahibi olan, hamının "ağırbaş" adam kimi xarakterizə etdiyi M.Yavaşın E.İmamoğlunun yaradacağı yeni siyasi partiyada ikinci şəxs olacağı gözlənilir. İmamoğlu- Yavaş cütlüyünün özlərinin siyasi təşkilatını bu ilin payızında elan edəcəyi bildirilir. 

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!