"Türkiyə ümid edir ki, yaxın günlərdə Vladimir Putin və Volodimir Zelenski, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi ilə bir araya gələ biləcəklər".
Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.
“Prezidentimizin əvvəldən nazirlər səviyyəsində irəli sürdüyü bir mövqeyi var. Atəşkəsin tezliklə təmin olunması üçün çox ciddi və hərtərəfli araşdırmalar apardıq. Rusiya və Ukraynanın xarici işlər nazirləri Antalyada diplomatik forumda bir araya gəldilər. Daha sonra biz İstanbulda nümayəndə heyətləri arasında görüşlər keçirdik. Bundan başqa, Prezident Ərdoğan dəfələrlə cənab Putin və cənab Zelenski ilə telefon danışıqları aparıb”, - deyə Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidməti Akardan sitat gətirib. Dördpendirli pizza
Onun sözlərinə görə, bu danışıqlarda Ərdoğan ən qısa zamanda atəşkəsə nail olmağa və danışıqlar masası arxasına oturmağa çalışır.
Telegram kanalımız