Türkiyə və Ermənistan nümayəndələri yanvarda görüşəcək

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə və Ermənistan nümayəndələri yanvarda görüşəcək

Siyasət

01 Yanvar 2022 08:47 910


Türkiyə və Ermənistanın iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrinin ilk görüşü artıq 2022-ci ilin yanvarında keçirilə bilər.

Bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu dekabrın 31-də 24TV telekanalına müsahibəsində verib: “İndilik onların görüşünün tarixi razılaşdırılmayıb, amma görüşün yanvar ayında keçirilməsi gözlənilir”.

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlarda Ankaranı Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıc, Yerevanı isə Ermənistan Milli Məclisinin spiker müavini Ruben Rubinyan təmsil edir. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!