Türkiyə və Pakistan arasında yeddi saziş imzalandı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə və Pakistan arasında yeddi saziş imzalandı

Siyasət

01 İyun 2022 21:01 905


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə rəsmi səfərdə olan Pakistanın Baş naziri Şahbaz Şərif ilə məhdud və geniş tərkibli görüşlər keçirib.

Yenisabah.az xəbər verir ki, bu görüşlərin nəticəsi olaraq, Türkiyə ilə Pakistan arasında 7 əməkdaşlıq müqaviləsi imzalanıb.

İmzalanma mərasimindən sonrakı birgə mətbuat konfransında çıxış edən Ərdoğan bu il Pakistanla diplomatik münasibətlərin 75 illiyinə diqqət çəkib. Dominos pizza

“Pakistan ilə əlaqələrimizi daha da gücləndirməyi planlaşdırırıq. Görüş zamanı biz ikitərəfli münasibətlərimizi, regional və qlobal məsələləri hərtərəfli müzakirə etdik. Biz Pakistanla müdafiə sənayesi sahəsində son zamanlar inkişaf edən əməkdaşlıqdan məmnunuq. Pakistanla ticarət hədəfimiz illik 6 milyard dollardır”, - deyə dövlət başçısı bildirib.

O, Türkiyənin terrorla mübarizədə Pakistanı sona qədər dəstəklədiklərini bəyan edib.Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!