Türkiyə və Qazaxıstan birgə PUA istehsal edəcək

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə və Qazaxıstan birgə PUA istehsal edəcək

Dünya

11 May 2022 19:58 159


Türkiyənin pilotsuz uçuş aparatları (PUA) və digər aviasiya vasitələrinin istehsalını həyata keçirən "Tusaş" şirkəti ilə Qazaxıstan Mühənsizlik şirkəti arasında müqavilə imzalanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə şirkətinin mətbuat xidməti məlumat yayıb.

Yeni müqaviləyə əsasən Qazaxıstanda "Anka" adlı PUA-lar istehsal ediləcək. pizza

PUA-ların birgə istehsalı ilə yanaşı onların texniki xidmət və təmir proseslərinin də həyata keçiriləcəyi bildirilir.

Qazaxıstan ötən il Türkiyə ordusunun istifadə etdiyi "Anka" zərbə PUA-larını satın alıb. 

Gecə və gündüz saatlarında taktiki kəşfiyyat və müşahidə apara bilən Türkiyə istehsalı PUA-lar daşıdığı sursatlarla tankları, zirehli maşınları və digər hərbi texnikaları məhv edə bilir. 30 saat havada qala bilən PUA-lar bundan əvvəl Tunisə satılıb.Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!