Türkiyənin Xarici işlər naziri Mevlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Yenisabah.az xəbər verir ki, görüş Romada Böyük İyirmiliyin zirvə görüşü çərçivəsində baş tutub.
Görüş zamanı diplomatlar Qafqazda və Balkanlarda vəziyyətin sabitləşməsi üçün iki ölkənin səylərinin birləşdirilməsinin vacibliyinə diqqət çəkiblər. Həmçinin Bosniya məsələsinin həlli üçün çoxtərəfli formatlardan istifadə də müzakirə olunub. Marqarita pizza
Diplomatlar cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üçün regional 3-3 mexanizminin işə salınması barədə də fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin beynəlxalq və ikitərəfli məsələlər müzakirə olunub./APA
Telegram kanalımız