Türkiyə Azərbaycan və Ermənistan arasında iki ölkə arasında etimadın gücləndirilməsinə dair sazişləri alqışlayır və onlar arasında sülh müqaviləsinin tezliklə imzalanmasının tərəfdarı olduğunu bildirir.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Sənəddə qeyd olunur: “Biz Azərbaycan Prezidenti Administrasiyası və Ermənistan Baş Naziri Aparatının birgə bəyanatında elan edilmiş iki ölkə arasında etimadın möhkəmləndirilməsi üçün bəzi konkret addımların atılması qərarını alqışlayır və müzakirələrin davam etdirilməsi qərarını dəstəkləyirik. Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün ən mühüm təməllərdən biri kimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanmasının tərəfdarıyıq”. pizza sifarişi
Telegram kanalımız