Türkiyə XİN başçısı: “Ukraynadakı “referendum“un nəticəsini tanımayacağıq“

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə XİN başçısı: “Ukraynadakı “referendum“un nəticəsini tanımayacağıq“

Siyasət

29 Sentyabr 2022 13:21 708


“Biz Ukraynadakı "referendum"la bağlı açıqlama vermişik. Krımın qeyri-qanuni ilhaqını tanımadığımız kimi, "referendum"un nəticələrini tanımayacağıq”.

“Report” xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, rəsmi Ankaranın balanslı siyasət yürütdüyünü söyləyib: “Rusiya ilə münasibətlərimiz yaxşıdır. Amma mövqeyimizi açıq bildiririk”. Marqarita pizza

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də Donetsk, Luqansk, Zaporojye və Xersonda “referendum” keçiriləcəyini bildirmişdi. Sentyabrın 23-dən 27-dək həmin ərazilərdə “səsvermə” təşkil olunub. Britaniya kəşfiyyatının məlumatına görə, sabah Putin səsvermənin nəticələri barədə parlamentdə çıxış edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!