Türkiyə XİN “Skandinaviya dosyesi“ hazırlayıb

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə XİN “Skandinaviya dosyesi“ hazırlayıb

Dünya

19 May 2022 12:06 770


Türkiyə hakimiyyəti İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı 5 əsas şərtə cavab verərsə, öz mövqelərinə yenidən baxa bilər.

Yenisabah.az "Türkiye" qəzetinə istinadla xəbər verir ki, növbəti Bazar ertəsi Ankaraya gəlməyi planlaşdıran İsveç və Finlandiya diplomatları üçün Ankaranın mövqeyini və tələblərini əks etdirən “Skandinaviya dosyesi” hazırlanıb.

Diplomatları xarici işlər nazirinin müavini Sedat Önalın qəbul ediləcəyi gözlənilir. O, Ankaranın tələbləri barədə məlumat verəcək. Ankara, xüsusilə, terrorçu” PKK və FETÖ üzvlərinin ekstradisiyasında israrlıdır. O, PKK-ya bağlı hesab etdiyi qondarma Suriya Milli Özünümüdafiə Qüvvələrini (SDQ) terrorçu kimi səviyyələndirilməsini də istəyir.  pizza hut

“Onlar tələblərimizi nəzərə almağa məcbur olacaqlar. Yoxsa Türkiyəyə bir neçə dəfə səfər etməlidirlər, - deyə diplomatik mənbələr “Türkiye”yə bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!