Türkiyə Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını məcburiyyət olmadığı halda Ukraynanın şərq sərhədindəki bölgələrə səyahət etməməyə çağırıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə XİN-nin rəsmi saytında məlumat yer alıb.
Müraciətdə Ukraynadakı son vəziyyətin Türkiyə hökuməti tərəfindən yaxından izlənildiyi qeyd olunub. Toyuqlu pizza
Türkiyə XİN vətəndaşlarına müraciət edərək hər hansı bir köməyə ehtiyac olarsa Kiyevdəki Türkiyə səfirliyi ilə əlaqə saxlamağı tövsiyə edib.
Telegram kanalımız