“Türkiyə hökumətinin 17 üzvü ölkənin müxtəlif bölgələrində deputatlığa namizəd olacaq”.
Yenisabah.az NTV-yə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Demək olar ki, bütün dostlarımızı bəzi əyalətlərə namizəd təyin etdik. Mənim müavinim Fuat Oktay (Vitse-prezident) Ankaranın namizədi olacaq. Hökumətin 17 üzvü deputatlığa namizəd olacaq. Onların demək olar ki, hamısı müxtəlif vilayətlərdə işləyəcək. Biz onları böyük şəhərlərdən irəli sürmək qərarına gəldik. Böyük şəhərlər mənim həmkarlarım-nazirlərim üçün ən uyğun yerlərdir”, - Ərdoğan bildirib. Marqarita pizza
Xatırladaq ki, Türkiyədə parlament və prezident seçkiləri mayın 14-nə təyin edilib. Prezident seçkilərinin ikinci turu (zəruri olduqda) mayın 28-nə təyin edilib.
Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl ikinci müddətə namizədliyini irəli sürəcəyini açıqlamışdı. Dövlət başçısının əsas rəqibi müxalifətin “Millət İttifaqı”nın ortaq namizədi Kamal Kılıçdaroğlu olacaq.
Telegram kanalımız