Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Yenisabah.az xəbər verir ki, artıq namizədlərin müəyyənləşdirilmə prosesi başa çatıb və təbliğat-təşviqat kampaniyasına start verilib. Prezident postu uğrunda 4 nəfər - hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, ana müxalifət lideri Kemal Kılıçdaroğlu, Məmləkət Partiyasının sədri Muharrem İncə və Azərbaycan əsilli sabiq deputat Sinan Oğan mübarizə aparır.
Deputat mandatı uğrunda mübarizə isə daha kəskin xarakter alıb. Elə dairələr var ki, bir yer uğrunda 20-dən çox namizəd mübarizəyə qoşulub. pizza mizza
Qeyd edək ki, partiyalar sürpriz isimlərlə seçki mübarizəsinə başlayıb. Hazırda hakimiyyətdə olan və Prezident Ərdoğanın rəhbərlik etdiyi AKP ötən seçkilərdə uğur qazanmış deputatların yarısından çoxunu bu dəfə mübarizədən kənarda saxlayıb. İqtidar partiyası gənc və perspektivli namizədlərə üstünlük verməklə diqqəti öz üzərinə çəkib. Bildirək ki, hazırda AKP-nin siyahısında deputat mandatlığında mübarizə aparan ən yaşlı namizəd Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımdır. 73 yaşlı Şamil Ayrım İzmir şəhərindən deputatlığa namizəd göstərilib.
Ən gənc namizəd isə Nisa Alp Tekindir. AKP-nin namizədliyini İzmirdən irəli sürdüyü bu xanımın 18 yaşı yenicə tamam olub. O, Ankara Universitetinin 1-ci kurs tələbəsidir.
ƏSMƏTXANIM
Telegram kanalımız