Türkiyədə 2 transgender qadın deputatlığa namizəd oldu

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə 2 transgender qadın deputatlığa namizəd oldu

Siyasət

10 Aprel 2023 11:31 702


Türkiyədə 14 mayda keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlər arasında LGBTİ+ icmasının nümayəndələri də var. 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2 transgender qadın deputatlığa namizəd olub.

Onlardan biri LGBTİ+ aktivisti, aktrisa Esmeray Özadıktıdır. O, Türkiyə Fəhlə Partiyasının (TİP) proporsional siyahısından İstanbul II seçki dairəsindən 3-cü sıradan namizəd göstərilib. Digər transgender namizəd isə LGBTİ+ aktivisti Niler Albayrakdır. O da TİP siyahısından seçkilərə qatılıb. Dominos pizza

Bu partiyanın siyahısından həmçinin Vəkillər Kollegiyasının İzmir bürosunun vəkili, LGBTİ+ icmasının hüquqları üzrə komissiyanın üzvü, hüquqşünas Sena Yazıbağlının da namizədliyi irəli sürülüb. 

Ümumilikdə TİP ölkə üzrə 87 seçki dairəsindən 53-də proporsional siyahı ilə seçkilərdə iştirak edəcək. 

Qeyd edək ki, Türkiyədə həm parlament, həm də prezident seçkiləri 14 mayda keçiriləcək. TİP seçkilərə "Əmək və Azadlıq İttifaqı"nın üzvü kimi girir. Bu ittifaq prezidentliyə namizəd çıxarmayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!