Türkiyədə Azərbaycan hərbçilərinin qarşılanma mərasimi keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə Azərbaycan hərbçilərinin qarşılanma mərasimi keçirildi

Siyasət

30 Aprel 2023 19:37 804


Türkiyənin Qars şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimində iştirak üçün bu ölkəyə səfər etmiş Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusunun qarşılanma mərasimi keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Qardaşlarımız gəlib, xoş gəlib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimində iştirak etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin 14-cü Mexanikləşdirilmiş Atıcı Briqadanın komandanlığımız tərəfindən qarşılanma mərasimi keçirilib. Mərasimdə bayrağın təhvil-təslim mərasimi də keçirilib", - nazirliyin məlumatında bildirilir. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!