Türkiyənin Karaman rayonunda azərbaycanlı tələbə 5-ci mərtəbədən düşərək ağır zədələnib.
“Yeni Sabah” Türkiyə mediasına istinadən məlumat verir ki, hadisə Fənari küçəsində yerləşən Başqonaq binasında baş verib.Verilən məlumata görə, “Karamanoğlu Mehmetbey” Universiteti Sağlamlıq xidmətləri fakültəsi, Təcili yardım ixtisası tələbəsi 22 yaşlı Hamdamin Balakişiyev pəncərədən düşüb. Hadisənin səbəbi məlum deyil.
15 metr yüksəklikdən beton yolun üzərinə düşən tələbə təcili yardım çağırılaraq dərhal xəstəxanaya aparılıb. Bədəninin müxtəlif hissəsində sınıqlar olan Balakişiyevin həyati təhlükəsi olduğu bildirilir. Toyuqlu pizza
Hadisəylə bağlı araşdırma aparılır.
Telegram kanalımız