Türkiyənin Konya şəhərində qadın alverinə qarşı əməliyyat keçirilib.
“Yeni Sabah” xəbər verir ki, polisin keçirdiyi əməliyyat zamanı 7 nəfər saxlanılıb. Xəbər görə, bir evdə azərbaycanlı qadınların müştərilərə intim xidməti təklif olunurmuş. Polis də bu xəbərə istinad edərək evə əməliyyat hazırlayıb. G.D.-yə aid olan evə polis basqını zamanı saxlanılanların 2-si Azərbaycan vətəndaşı olan qadın olub. Onlardan birinin 50, digərinin 23 yaşı olub. Qadınların müştərisi olan 4 kişinin ifadəsi alındıqdan sonra sərbəst buraxılıblar. Qadınlar və ev sahibi isə məhkəməyə göndərilib. pizza hut
Telegram kanalımız