YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Türkiyədə bir həftəlik istirahət neçəyədir? - QİYMƏTLƏR

Türkiyədə bir həftəlik istirahət neçəyədir? - QİYMƏTLƏR

Turizm

01 İyul 2022 09:49 7190


İki illik pandemiya fasiləsindən sonra Azərbaycandan istirahət üçün xaricə gedənlərin sayında artım müşahidə edilir. Quru sərhədləri bağlı olduğundan əksər vətəndaşlar ölkədən çıxa bilmirlər. Nisbətən imkanlı şəxslər isə dincəlmək məqsədilə xarici ölkələrə üz tuturlar. Statistik məlumatlara əsasən, yay aylarında ən çox turistik səfərlər qardaş Türkiyəyə edilir.

Bəs Türkiyədə bir həftəlik istirahət neçəyə başa gəlir?

Modern.az turizm şirkətlərinin təqdim etdiyi qiymətlər əsasında qısa araşdırma aparıb.

Kuşadası bölgəsində otel daxil olmaqla 8 gün 7 gecə istirahət etmək üçün qiymətlər 1270 manatdan başlayır. Ən yüksək qiymət 2315 manatdır.

Antalyadakı otellərdə istirahət üçün qiymətlər qidalanma daxil olmaqla 1079-2788 manat arası dəyişir.

Bodrumda 6 günlük istirahət minimum 865 manatdan başlayır. Ən bahalı otellərdən birində iki nəfərin bir həftəlik istirahəti 15 453 manatdır.

Alanyada bir nəfər üçün 7gecə / 8 günlük istirahət 1275 manatdan başlayır.

İstanbulda 6 gün istirahət üçün ən azı 909 manat lazımdır. Bu məbləğ istəkdən asılı olaraq 1198 manatadək dəyişir.

Alaçatıda ən bahalı oteldə 5 gecə / 6günlük istirahət 1564-4760 manat arası dəyişir.

Kapadokyada 5 gecə / 6 gün istirahət azı 1666 manata başa gəlir. Azərbaycan vətəndaşlarına təklif olunan ən yüksək qiymət 2023 manatdır.

Fəthiyədə isə 6 günlük istirahətin qiyməti 1356-3920 manatdır.

Qeyd edək ki, tur qiymətlərinə təyyarə biletləri, nəqliyyat, qidalanma xərcləri daxildir. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!