Türkiyədə məktəbə silahlı hücum: ölənlər və yaralananlar var -   YENİLƏNDİ-3

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə məktəbə silahlı hücum: ölənlər və yaralananlar var - YENİLƏNDİ-3

Dünya

15 Aprel 2026 17:10 579


Türkiyənin Kahramanmaraş vilayətində məktəbə silahlı hücum edən şəxsin kimliyi məlum olub.

“Yeni Sabah” xəbər verir ki, həmin şəxs 16 yaşlı İsa Aras Mersinlidir.

Polis onun atası Uğur Mersinlini saxlayıb.   Sezar pizza

Kahramanmaraş Vilayət Valiliyi hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:

“Türkiyənin Kahramanmaraş vilayətində Ayser Çalık orta məktəbində baş verən silahlı hücum nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb. Həyatını itirənlərdən birinin müəllim, üçünün isə şagird olduğu müəyyən edilib. Yaralı vətəndaşların bəzilərinin müalicəsi başa çatıb və evə buraxılıb, digərlərinin müalicəsi isə Kahramanmaraşdakı xəstəxanalarda davam edir. Yaralıların sağlamlıq vəziyyəti yaxından izlənilir”.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

16:11

Türkiyənin Kahramanmaraş vilayətində Ayser Çalık orta məktəbinə silahlı hücum edən şəxs 8-ci sinif şagirdidir.

“Yeni Sabah” xəbər verir ki, bunu vilayətin valisi Mükerrem Ünlüer bildirib.

“Hücum edən şəxsin 16 yaşı var, 8-ci sinif şagirdidir. Atası keçmiş polis əməkdaşıdır. Onun silahlarını götürdüyünü ehtimal edirik. O, məktəbə 5 tapança və 7 güllə darağı ilə hücum edib. O, iki sinfə girərək atəş açıb”, - vali qeyd edib.

***

15:42

Türkiyənin Kahramanmaraş vilayətində Ayser Çalık orta məktəbinə silahlı hücum nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

“Yeni Sabah” xəbər verir ki, bunu vilayət valisi Mükerrem Ünlülər bildirib.

O, 20 nəfərin yaralandığını açıqlayıb.

Mükerrem Ünlülər, həmçinin, hücumu həyata keçirən şəxsin zərərsizləşdirildiyini qeyd edib.

***

15:37

Türkiyənin Kahramanmaraş vilayətində Ayser Çalık orta məktəbinə silahlı hücum nəticəsində 1 nəfər ölüb.

“Yeni Sabah” xəbər verir ki, bunu Kahramanmaraş valisi Mükerrem Ünlüler bildirib.

O, hücumun səbəbinin hələlik məlum olmadığını deyib. 

“Hazırda bir hücum var. Bir məktəbimizdə bədbəxt hadisə yaşandı. Yaralıların olduğu barədə bizə məlumat daxil olub. Təəssüf ki, ölən var. Mövzunu dərindən araşdırırıq”.

Təhsil naziri Yusuf Tekin də Kahramanmaraşa yola düşüb.

***

15:19

Türkiyədə daha bir məktəbə silahlı hücum olub.

“Yeni Sabah” “Sözçü”yə istinadən bildirir ki, hadisə Kahramanmaraşda baş verib.

Hücum nəticəsində 6 nəfərin yaralandığı və ölənin olduğu bildirilib.

İnsident baş verdiyi əraziyə çox saylı tibbi briqadalar və polis qüvvələri cəlb olunub.

Qeyd edək ki, ötən gün Şanlıurfada liseyə silahlı hücum olub, hadisə nəticəsində 16 nəfər yaralanıb. Hücumu törədən şəxs özünü öldürüb.

 

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!