Türkiyədə DİN binasına hücum - Video

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə DİN binasına hücum - Video

Dünya

02 Yanvar 2024 10:20 852


Türkiyənin paytaxtı Ankarada Daxili İşlər Nazirliyinin binasına hücum cəhdi olub.

Yenisabah.az xəbər verir ki, belində çanta olan bir nəfər binaya hücum edib və o, polisin "dur" əmrinə tabe olmayıb, nəticədə polis tərəfindən açılan atəşlə yaralanıb.

Ərazidə nəqliyyatın hərəkəti dayandırılıb. pizza mizza

Daxili İşlər Nazirliyi və parlament binalarına çox sayda polis cəlb olunub.

Daxili işlər naziri Əli Yerliqaya sosial şəbəkə hesabında yazıb ki, 29 yaşlı Y.E.Ş adlı həmin şəxs artıq xəstəxanaya yerləşdirilib. O, 11 dekabr 2023-cü ildən ailəsi tərəfindən itkin kimi axtarışa verilib. Psixoloji müalicə alırmış.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!