İngiltərədə aça bilmədiyi şüşəni Antalyada açdı   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

İngiltərədə aça bilmədiyi şüşəni Antalyada açdı - VİDEO

Siyasət

17 Aprel 2026 23:27 2021


Antalyada Diplomatiya Forumunda maraqlı və diqqətçəkən anlar yaşanıb.

Suriya dövlət başçısı Əhməd əş-Şaraa, forum zamanı etdiyi jestlə gündəmə gəlib.

Çıxışı əsnasında qarşısındakı su şüşəsini rahatlıqla açdığı əsnada, Şaraa zarafatla “Bu, İngiltərədəkilərdən daha yaxşıdır”, deyib. Dördpendirli pizza

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı görüntülər “Türkiye” qezetinin sosial media hesablarında paylaşılıb.

Bu replika Şaraanın Londonda qatıldığı bir tədbirdə qarşılaşdığı hadisəyə yumorlu cavabı kimi qarşılanıb.

Həmin tədbirdə Suriya lideri su şüşəsini aça bilməmiş, bir neçə cəhddən sonra isə şüşəni tədbirin aparıcısı açaraq ona təqdim etmişdi. Bu anlar sosial şəbəkələrdə geniş yayılaraq müzakirə mövzusuna çevrilmişdi.

Bu gün Antalyada etdiyi jesti isə Əhməd əş-Şaraanın əvvəlki hadisəyə yumorlu bir xatırlatma kimi qarşılanıb və zalda gülümsəmələrə səbəb olub.

İlhamə Qasımlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!